Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-08-2024 , 20:12

1198

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Hüquq şöbəsinin müdiri: “Təəssüf edirik ki, bəzən vergi ödəyicilərimiz fəaliyyətimizə dəstək vermək əvəzinə problem yaradırlar”

“Şüvəlan bələdiyyəsi borclu vətəndaşlarla görüşlər keçirərək gündəlik olaraq maarifləndirmə işlərini aparır. Lakin təəssüf edirik ki, bəzən vergi ödəyicilərimiz fəaliyyətimizə dəstək vermək əvəzinə problem yaradırlar.”- bu fikirləri adıçəkilən bələdiyyənin hüquq şöbəsinin rəhbəri Rəqsanə Əliyeva  “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqlinin, bələdiyyənin baş mühasibi Gülər Məmmədovanın, vergi xidmətinin rəhbəri Rizvan Rəhimovun  iştirakıyla keçirilən görüşdə deyib.

Rəqsanə Əliyeva cari ildə bələdiyyənin bu istiqamətdə gördüyü işlərə toxunaraq,  2023-cü il üçün 11 nəfər vergidən yayınan vətəndaş barəsində tərtib edilmiş aktı  icra və probasiya şöbəsinə təqdim edib ki,  nəticədə bələdiyyə büdcəsinə  4250 manat vəsait daxil olub.

2024-cü il üçün hələlik 11 nəfər barəsində tərtib edilmiş aktlar müvafiq orqana göndərilib ki, bunun da nəticəsində büdcəyə 5.311 manat vəsaitin daxil olacağı gözlənilir.

Hüquqşünas xanımın sözlərinə görə, bələdiyyə sədri Telman Süleymanovun bu istiqamətdə bələdiyyə qulluqçularından əsas tələbi bütün hallarda  vətəndaş məmnunluğunun təmin edilməsinin təmin edilməsidir.  Odur ki, rəhbərliyin və bələdiyyə iclasının qərarlarından irəli gələn məqamlara uyğun olaraq  borclu vətəndaşlarla  görüşlər keçirir, izahatlar verilir, ləngidilən hər günə görə peniya hesablanacağı deyilir. Bir çox hallarda vətəndaşlar bu izahat işlərindən sonra ödəniş edirlər.

Rəqsanə Əliyeva bildirib ki, bələdiyyə seçicilərinə qarşı əsasən humanist addım atmağa çalışır. Borclu vətəndaşlarla bağlı tərtib edilən aktların icra şöbəsinə təqdim edilməsi bələdiyyənin atacağı ən son addımdır.   

Görüşdə bələdiyyənin vergi xidmətinin rəhbəri Rizvan Rəhimov  bildirib ki, Şüvəlan bələdiyyəsinin büdcə gəlirləri 2019-cu illə müqayisədə 2.4 dəfə artıb. Belə ki, 47.507 manata qarşı 2023-cü ildə 114.488 manat maliyyə vəsaiti əldə edilib. Bu il altı ayı ərzində artıq büdcə gəlirlərində 15 fazilik artıma nail olunub. İlin sonunadək əldə ediləcək büdcə vəsaitlərində artımın 25 faizədək olacağı gözlənilir.

Vergi xidmətinin rəhbəri Rizvan Rəhimov görüşdə  yenilənmiş  BAMS proqramının  bələdiyyənin büdcə gəlirlərinin formalaşmasında əhəmiyyətli rol oynadığını da qeyd etməyi unutmayıb.

Görüşdə “Bələdiyyələrin fəaliyyətinin təbliği” İcitmai birliyinin sədri Vüqar Tofiqli öz fikir və mülahizələrini görüş iştirakçılar ilə bölüşüb.

Belediyye.info 



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bir yubileyin yaratdığı əks-səda  

Gündəlik Xəbərlər
16-11-2024
246

Söhbət o insandan gedir ki,...

Gündəlik Xəbərlər
13-11-2024
258

Gənclər Mərkəzi bu rayonlarda tədbir keçirib - FOTO

Gündəlik Xəbərlər
06-11-2024
222

Eldar Əzizov Bağırov körpüsündə 

Gündəlik Xəbərlər
26-10-2024
265